Azərbaycanın TOP-10 dövlət şirkəti qeyri-neft məhsullarının ixracını 22 % azaldıb
- 03 mart, 2026
- 16:41
Bu ilin yanvar ayında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 2025-ci ilin eyni dövrünün göstəricisi (82,1 milyon ABŞ dolları) ilə müqayisədə 17,9 milyon ABŞ dolları və yaxud 22 % azalaraq 64,2 milyon ABŞ dolları təşkil edib.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 30 % payla Azərbaycan "AzerGold" QSC liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
| Şirkət | 2026-cı ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə) | 2025-ci ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə) | Faiz fərqi |
| "AzerGold" QSC | 19,3 | 15,5 | 125% |
| "SOCAR Polymer" MMC | 14,9 | 15,1 | 98,7% |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 14,4 | 38,7 | 37% |
| "Azəralüminium" MMC | 12,7 | 8,6 | 148% |
| "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC | 2,7 | 4,2 | 64% |
| "Naxçıvan Enerji" MMC | 0,082 | 0 | - |
| "Sənayecihaz" EİM | 0,054 | 0 | - |
| "SOCAR-Cape" MMC | 0,033 | 0 | - |
| "Qaradağ Şüşə Zavodu" ASC | 0,018 | 0,010 | 180% |
| "Azərxalça" ASC | 0,004 | 0 | - |
| CƏMİ | 64,2 | 82,11 | 78% |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dollarına çatıb.