Azərbaycanın quşçuluq müəssisələri səhmdarlarına hesabat verəcək

Biznes
  • 15 may, 2020
  • 05:38
Azərbaycanın quşçuluq müəssisələri səhmdarlarına hesabat verəcək

İyunun 30-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Bundan başqa, həmin gün saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin də səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq səhmdar cəmiyyətinin İsmayıllı şəhəri, Mikayıl Müşviq küçəsi, 1 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi, təsisçilərlə hesablaşmalar və digər məslələr daxildir.