Azərbaycanın pomidor ixracından gəliri 7 % azalıb

Biznes
  • 30 sentyabr, 2023
  • 08:30
Azərbaycanın pomidor ixracından gəliri 7 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,3 milyon ABŞ dolları dəyərində pomidor (tomat) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 8 ayı ilə müqayisədə 9,9 milyon ABŞ dolları və yaxud 7,4 % azdır.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çox - 2,2 milyard ABŞ dolları təşkil edib.