Azərbaycanın məşhur zavodunun zərəri 18% azalıb

Biznes
  • 30 aprel, 2022
  • 13:06
Azərbaycanın məşhur zavodunun zərəri 18% azalıb

“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2021-ci ili 335 min manat zərərlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 17,7% azdır.

Ötən il zavod 620 min manat gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 16% azdır. Hesabat dövründə qurumun xərcləri isə 16,6% azalaraq 955 min manata düşüb.

Bu il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18,894 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,1% çoxdur. O cümlədən zavodun öhdəlikləri 6,8% artaraq 6,171 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 12,723 milyon manat olub.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Məşhur zavodun nizamnamə kapitalı 11,855 milyon manatdır.