Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqi hazırlanıb

Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqi hazırlanıb Bakı. 27 dekabr. REPORT.AZ/ “Caspian Energy International Media Group” Prezident, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.
Biznes
27 Dekabr , 2017 16:17
Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqi hazırlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ “Caspian Energy International Media Group” Prezident, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. 

Onun sözlərinə görə, reytinqin lideri Naxçıvan MR olub. Azərbaycanda akkreditə olunmuş səfirlər bu bölgənin iqtisadi inkişafını xüsusilə qeyd edib, Naxçıvan rəhbərliyinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını bildiriblər. Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər. Reytinq "Caspian Energy" jurnalında dərc olunacaq. 

“Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır. “Caspian Energy jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacaq”, T.Əliyev qeyd edib. 

18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı. O əlavə edib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc olunacaq. 

Son xəbərlər

Orphus sistemi