Azərbaycanın inşaat korporasiyası səhmdarlarına dividend ödəyəcək

Biznes
  • 07 may, 2025
  • 10:36
Azərbaycanın inşaat korporasiyası səhmdarlarına dividend ödəyəcək

İyunun 27-də, saat 19:00-da Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatının, eləcə də illik hesabatın, mühasibat balansının təsdiq edilməsi, dividendlərin hesablanması və ödənilməsi, Direktorlar Şurasının sədrinin və üzvlərinin, eləcə də Təftiş Komissiyasının üzvlərinin seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Evrascon" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 377 min manatdır.

44 filmi