Azərbaycanın əsas tədarük bazarından zeytun yağı idxalının dəyəri kəskin artıb

Biznes
  • 22 may, 2023
  • 07:49
Azərbaycanın əsas tədarük bazarından zeytun yağı idxalının dəyəri kəskin artıb

Bu ilin I rübündə Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 523 ton zeytun yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə İspaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) ton 351,1 ton (+21,5 %), İtaliyadan 562,6 min ABŞ dolları dəyərində (+29 %) 113,1 ton (-16 %), Türkiyədən 149,5 min ABŞ dolları dəyərində (-62 %) 35 ton (-70%), Yunanıstandan 29 min ABŞ dolları dəyərində (-53 %) 22,35 ton (-50 %), Lüksemburqdan 6,3 min ABŞ dolları dəyərində (-7,8 %) 0,5 ton (-13 %) məhsul alınıb.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2 min 224 ton zeytun yağının 56,7 %-i İspaniyanın payına düşüb.

44 filmi