Azərbaycanın əsas tədarük bazarından qurudulmuş ərik idxalı 5 dəfə azalıb
- 28 aprel, 2022
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 304,88 min ABŞ dolları dəyərində 109,93 ton qurudulmuş ərik alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,2 dəfə, kəmiyyət olaraq – 3,8 dəfə azdır.
Hesabat dövründə Türkiyədən 174,12 min ABŞ dolları dəyərində 44,78 ton, İrandan 74,26 min ABŞ dolları dəyərində 37,13 ton, Özbəkistandan 56,36 min ABŞ dolları dəyərində 28 ton, Almaniyadan 0,13 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 3,3 dəfə və 5,1 dəfə azalıb, İrandan – 8,9 % və 8,6 % artıb, Özbəkistandan 4,3 dəfə və 4,3 dəfə azalıb, Almaniyadan 44,4 % və 0 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (8 ölkədən) 1 min 891 ton qurudulmuş ərikin 63 %-i Türkiyədən alınıb.