Azərbaycanın əsas tədarük bazarından hindtoyuğu əti idxalı 9 dəfə azalıb

Biznes
  • 21 aprel, 2022
  • 13:26
Azərbaycanın əsas tədarük bazarından hindtoyuğu əti idxalı 9 dəfə azalıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan 514,31 min ABŞ dolları dəyərində 489,35 ton dondurulmuş hindtoyuğu əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,2 % çoxdur, kəmiyyət olaraq – 32,7 % azdır.

Hesabat dövründə Braziliyadan 168,94 min ABŞ dolları dəyərində 204,68 ton, Almaniyadan 80,22 min ABŞ dolları dəyərində 80,25 ton, Rusiyadan 66,67 min ABŞ dolları dəyərində 36,9 ton, Portuqaliyadan 62,28 min ABŞ dolları dəyərində 51,15 ton, Türkiyədən 49,5 min ABŞ dolları dəyərində 66 ton məhsul gətirilib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə Braziliyadan tədarük müvafiq olaraq 3 dəfə və 2 dəfə artıb, Rusiyadan – 35,8 % və 31 % artıb, Türkiyədən – 7,1 dəfə və 9,1 dəfə azalıb. Ötən ilin ilk iki ayında Azərbaycan Almaniya və Portuqaliyadan dondurulmuş hindtoyuğu əti almayıb.

2021-ci ildə Azərbaycanın xaricdən (14 ölkə) aldığı 3,1 min ton dondurulmuş hindtoyuğu ətinin 63 %-i Türkiyənin payına düşüb.

44 filmi