Azərbaycanın əsas tədarük bazarından günəbaxan yağı idxalı xeyli azalıb
- 18 aprel, 2022
- 06:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayında Azərbaycan xaricdən 11,12 milyon ABŞ dolları dəyərində 8 min 030 ton günəbaxan yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4 %, kəmiyyət olaraq – 28,6 % azdır.
Rusiyadan 10,76 milyon ABŞ dolları dəyərində 7 min 812 ton, Türkiyədən 252,31 min ABŞ dolları dəyərində 133,78 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton, İtaliyadan 14,1 min ABŞ dolları dəyərində 5,86 ton, Belarusdan 2,81 min ABŞ dolları dəyərində 1,3 ton, Almaniyadan 0,09 min ABŞ dolları dəyərində 0,03 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 19 % və 30,2 % azalıb, Türkiyədən – 3,5 dəfə və 3 dəfə artıb, Ukraynadan – 30 dəfə və 32 dəfə artıb, İtaliyadan – 63,6 % və 40 % artıb, Belarusdan – 3,7 dəfə və 3,1 dəfə artıb, Almaniyadan – 97,4 % və 98 % azalıb.
Hesabat dövründə Azərbaycan 1,27 milyon ABŞ dolları dəyərində 713 ton günəbaxan yağı satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 1,5 % və 29 % azalıb.
İraqa 750,74 min ABŞ dolları dəyərində 416,9 ton, Gürcüstana 354,56 min ABŞ dolları dəyərində 194,2 ton və Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton məhsul ixrac edilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə İraqa tədarük müvafiq olaraq 4,7 % və 33 % azalıb, Gürcüstana – 21 % və 39,4 % azalıb. Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında Türkmənistana günəbaxan yağı satmayıb.
Qeyd edək ki, Rusiya Azərbaycanın əsas günəbaxan yağı tədarükçüsüdür. Ötən il ölkəyə gətirilən günəbaxan yağının 98,2 %-i, 2020-ci ildə - 98,3 %-i, 2019-cu ildə - 97,7 %-i, 2018-ci ildə - 93,6 %-i, 2017-ci ildə - 98,7 %-i bu ölkənin payına düşüb.