Azərbaycanın dəmir yolu ilə İrana ixracı 2 dəfə artıb

Biznes
  • 31 iyul, 2023
  • 05:51
Azərbaycanın dəmir yolu ilə İrana ixracı 2 dəfə artıb

İranda yeni ilin başladığı martın 21-dən indiyə qədər Azərbaycanla bu ölkə arasında Astara dəmir yolu terminalı vasitəsilə 226 min ton yük mübadiləsi aparılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Şimal Dəmiryol İdarəsinin baş direktoru Qulam Hüseyn Vəladi bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 % və yaxud 87,45 min ton çoxdur.

Hesabat dövründə İran Azərbaycana dəmir yolu vasitəsi ilə 68,37 min ton məhsul ixrac edib. Bu dövrdə Azərbaycan bu ölkədən əsasən sitrus meyvələri, sement, kimyəvi maddələr, xörək duzu və qablar alıb.

Azərbaycandan İrana dəmir yolu vasitəsi ilə ixrac isə 2,1 dəfə artıb. Qonşu ölkə əsasən Azərbaycandan müxtəlif növ ağac, taxta-şalban, qarğıdalı, mərci alıb.