Azərbaycanın aparıcı içki və çörək istehsalçıları birləşir

Biznes
  • 02 mart, 2023
  • 11:37
Azərbaycanın aparıcı içki və çörək istehsalçıları birləşir

“Mars Overseas Baku Ltd” MMC “Delta Qrup C.O.” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, qoşulma nəticəsində 2-cinin fəaliyyətinə xitam verilir.

Xatırladaq ki, “Mars Overseas Baku Ltd” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,621 milyon manatdır. Şirkət Azərbaycanda “Pepsi”, “Mırında”, “Mountaın Dew”, “7UP”, “Jalə”, “Золотой Сад” və “Natura”, “Mıa”, “I’m Tea” brendlərinin istehsalçısıdır.

“Delta Qrup C.O.” isə 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,003 milyon manatdır. Şirkət “Bismak” və “Çörəkçi” brendlərinin istehsalçısıdır.