Azərbaycandan İraqa kərə yağı ixracı bərpa edilib
- 08 may, 2023
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 9,634 milyon ABŞ dolları dəyərində 1 min 638 ton kərə yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 36 % azdır.
Azərbaycan Yeni Zelandiyadan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % azdır) 422 ton (-50 %), İrandan 2,964 milyon ABŞ dolları dəyərində (-20 %) 680,43 ton (-22 %), Ukraynadan 1,48 milyon ABŞ dolları dəyərində (-30%) 260 ton (-26 %), Belarusdan 649 min ABŞ dolları dəyərində (+35,2 %) 91 ton (+25 %, Almaniyadan 502 min ABŞ dolları dəyərində (+85 %) 60,2 ton (+50 %) məhsul gətirib.
Hesabat dövründə Azərbaycan xaricə 1,831 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 284,77 ton (+3,6 dəfə) kərə yağı ixrac edib.
Rusiyaya 1,79 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 280 ton (+3,5 dəfə) və İraqa 42,5 min ABŞ dolları dəyərində 4,77 ton məhsul satılıb.
Bir il 8 aylıq fasilənin ardından Azərbaycandan İraqa kərə yağı tədarükü bərpa edilib.