Azərbaycandakı məşğulluq mərkəzlərində işlə təmin olunan şəxslərin sayı açıqlanıb

Azərbaycandakı məşğulluq mərkəzlərində işlə təmin olunan şəxslərin sayı açıqlanıb Bu il Azərbaycandakı məşğulluq mərkəzləri vasitəsilə 130 min şəxs işlə təmin edilib.
Biznes
27 Noyabr , 2024 13:16
Azərbaycandakı məşğulluq mərkəzlərində işlə təmin olunan şəxslərin sayı açıqlanıb

Bu il Azərbaycandakı məşğulluq mərkəzləri vasitəsilə 130 min şəxs işlə təmin edilib.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Növbəti il üçün planımız bu rəqəmi 150 minə qədər qaldırmaqdır. İşlə təminatın ana məqsədi Azərbaycanın mövcud insan resursları ilə əmək bazarı arasında bir körpü olmaq, insan resurslarımızın keyfiyyətinə uyğun əmək bazarında onlara iş yerləri tapmaq və onların işə düzəlməsini təmin etməkdir", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, bu ilin sonuna qədər özünəməşğulluq proqramı çərçivəsində 92 min ailə üçün mikro təsərrüfatlar yaradılacaq.

"Növbəti ildə də 8 min ailənin nazirlik yanında İşsizlikdən Sığorta Fondu vasitəsilə, 1 500 ailənin isə Dünya Bankının layihəsi vasitəsilə dəstəklənməsi planlaşdırılır. Yəni, 100 mindən çox ailənin bu proqramla dəstəklənməsi nəzərdə tutulur. Bu, 100 min mikro təsərrüfatın yaradılması deməkdir, iqtisadiyyatı, məşğulluğu və əmək bazarını inkişaf etdirmək üçün çox önəmli bir addımdır".

Son xəbərlər

Orphus sistemi