Sahil Babayev: "Vətəndaşın kiçik sosial sığortası varsa, kapital amnistiyası alır"

Sahil Babayev: "Vətəndaşın kiçik sosial sığortası varsa, kapital amnistiyası alır" Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir.
Maliyyə
27 Noyabr , 2024 13:13
Sahil Babayev: Vətəndaşın kiçik sosial sığortası varsa, kapital amnistiyası alır
Sahil Babayev

Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Burada qeyd olundu ki, biz minimum pensiyanı artırdıqca, pensiyaya çıxmaq üçün pensiya kapitalı da artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinlik yaradır. Birinci sual odur ki, minimum pensiyanı artıraq, yoxsa artırmayaq? Əgər artırırıqsa, o biri də artmalıdır. Bu, sığorta sistemidir. Birini edib digərini etməmək qeyri-mümkündür.

Hazırda 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta haqqı ödəyən hər bir kəs pensiya sisteminə daxil ola bilir. Amma əgər vətəndaş heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə uyğun ola bilər? Buna görə də bugün biz bu problemin aktual olduğunu görürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim edirik", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi