Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 3,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il martın 1-nə qədər ölkədə 96 808 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.