Azərbaycanda yeni kommersiya qurumlarının sayı 33 %-dən çox artıb

Azərbaycanda yeni kommersiya qurumlarının sayı 33 %-dən çox artıb 2022-ci ildə Azərbaycanda 15 795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki illə müqayisədə 33,4 % çoxdur.
Biznes
19 Yanvar , 2023 13:31
Azərbaycanda yeni kommersiya qurumlarının sayı 33 %-dən çox artıb

2022-ci ildə Azərbaycanda 15 795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki illə müqayisədə 33,4 % çoxdur.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, kommersiya qurumlarının 72,8 %-i elektron qaydada, 27,2 %-i kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb.

Bu il yanvarın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 %-i MMC, 1,4 %-i səhmdar cəmiyyət, 1,2 %-i kooperativ və s. formalarda yaradılıb.

Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30 620 olub ki, bu da 2021-ci ilə nisbətən 14,4 % çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 % artaraq 46 701 vahid təşkil edib.

2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 %-i yerli, 22,4 %-i xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 % artıb.

Son xəbərlər

Orphus sistemi