Azərbaycanda sahibkarlar üçün təşviqedici paketlərin hazırlanması müzakirə edilib

Azərbaycanda sahibkarlar üçün təşviqedici paketlərin hazırlanması müzakirə edilib Azərbaycanda vergi ödəyicilərinin təkliflərinə əsasən təşviqedici paketlərin hazırlanması müzakirə edilib.
Biznes
25 Oktyabr , 2024 15:51
Azərbaycanda sahibkarlar üçün təşviqedici paketlərin hazırlanması müzakirə edilib

Azərbaycanda vergi ödəyicilərinin təkliflərinə əsasən təşviqedici paketlərin hazırlanması müzakirə edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova və bir sıra QHT rəhbərləri iştirak edib.

Görüşün keçirilməsində məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, pozulmuş hüquqların bərpası, vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlərin yaranma səbəblərinin araşdırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət və vergi ödəyicilərinin təkliflərinə əsasən təşviqedici paketlərin hazırlanması olub. Dövlət Vergi Xidmətinin baş idarə rəisi Arif Quliyev bildirib ki, vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur modelidir. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla, 2019-cu ildə Azərbaycanda ilk dəfə vergi ombudsmanı institutu təsis olunub. 2023-cü ilin sonunda isə Dövlət Vergi Xidmətində Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Başlıca hədəf vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, korrupsiyaya qarşi mübarizə üzrə QHT-lərin yeni təşəbbüsləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi