Azərbaycanda onlayn gömrük bəyannamələrində yenilik edilib

Azərbaycanda onlayn gömrük bəyannamələrində yenilik edilib Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin gələn il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.
Biznes
30 Dekabr , 2020 17:18
Azərbaycanda onlayn gömrük bəyannamələrində yenilik edilib

Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin gələn il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

Məlumatda deyilir ki, yeni ildən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı "Smart customs" mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub "Ana səhifə"dəki "Sadələşdirilmiş bəyannamə-Elektron ticarət" bölməsini seçməklə xidmətdən yararlanmaq olar.

Son xəbərlər

Orphus sistemi