Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb ediləcək
Biznes
14 Mart , 2018 12:20
Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib
Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov / Report/ Firi Salim

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib. 

"Report" xəbər verir ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır. 

"Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir", - o qeyd edib. 

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır. 

Son xəbərlər

Orphus sistemi