Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

Biznes
  • 20 may, 2023
  • 09:44
Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,5 milyard manat təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,9 % artım deməkdir.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,5 % artaraq 19,7 milyard manata bərabər olub, onun 45,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 505,2 manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 79,6 manat çox vəsait xərcləyib.