Azərbaycanda ipoteka müqavilələrinin sayı 7 % azalıb

Azərbaycanda ipoteka müqavilələrinin sayı 7 % azalıb Bu ilin I rübündə Azərbaycanda 16 537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Biznes
25 Aprel , 2024 17:09
Azərbaycanda ipoteka müqavilələrinin sayı 7 % azalıb

Bu ilin I rübündə Azərbaycanda 16 537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.

Yanvar-mart aylarında ən çox girov qoyulmuş əmlak mənzil olub. Belə ki, 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Grov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsinin, 11 866-sı isə fərdi yaşayış evinin payına düşüb.

Daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı (faizlə)

Mənzil

8249

49,9%

Torpaq sahəsi

4235

25,6%

Fərdi yaşayış evləri

2479

15,0%

Qeyri-yaşayış sahələri

534

3,2%

Qeyri-yaşayış binaları

527

3,2%

Bağ evləri

323

2,0%

Digərlər

190

1,1%

Ümumi

16537

100,0%

Rüb ərzində Bakıda 8 244 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8 %-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 812 müqavilə), 2 saylı Sumqayıt (1 350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələri

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin

ümumi sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

8244

49,9%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

1812

11,0%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

1350

8,2%

4.

5 saylı Xaçmaz Ərazi İdarəsi

899

5,4%

5.

3 saylı Gəncə Ərazi İdarəsi

674

4,1%

6.

7 saylı Bərdə Ərazi İdarəsi

556

3,4%

7.

10 saylı Lənkəran Ərazi İdarəsi

372

2,2%

8.

13 saylı Şirvan Ərazi İdarəsi

331

2,0%

9.

17 saylı Yevlax Ərazi İdarəsi

313

1,9%

10.

9 saylı Qəbələ Ərazi İdarəsi

310

1,9%

11.

11 saylı Şəmkir Ərazi İdarəsi

287

1,7%

12.

15 saylı Tovuz Ərazi İdarəsi

287

1,7%

13.

12 saylı Şəki Ərazi İdarəsi

262

1,6%

14.

6 saylı Beyləqan Ərazi İdarəsi

246

1,5%

15.

14 saylı Şamaxı Ərazi İdarəsi

170

1,0%

16.

8 saylı Cəlilabad Ərazi İdarəsi

165

1,0%

17.

18 saylı Zaqatala Ərazi İdarəsi

149

0,9%

18.

16 saylı Ucar Ərazi İdarəsi

110

0,7%

Ölkə üzrə

16537

100.0%

Hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

6023

73,0%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

995

12,1%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

462

5,6%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

245

3,0%

5.

10 saylı Lənkəran Ərazi İdarəsi

211

2,6%

Yanvar-mart aylarında girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

653

26,3%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

373

15,0%

3.

7 saylı Bərdə Ərazi İdarəsi

245

9,9%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

209

8,4%

5.

5 saylı Xaçmaz Ərazi İdarəsi

161

6,5%

3 ay ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

5 saylı Xaçmaz Ərazi İdarəsi

684

16,2%

2.

2 saylı Sumqayıt Ərazi İdarəsi

683

16,1%

3.

1 saylı Bakı Ərazi İdarəsi

660

15,6%

4.

4 saylı Abşeron Ərazi İdarəsi

367

8,7%

5.

7 saylı Bərdə Ərazi İdarəsi

243

5,7%

Son xəbərlər

Orphus sistemi