Azərbaycanda emissiyaları ətraf mühitə buraxan şirkətlər hesabat verəcəklər

Azərbaycanda emissiyaları ətraf mühitə buraxan şirkətlər hesabat verəcəklər Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi iri çirkləndiricilərlə bağlı kadastrlar yaradacaq.
Biznes
4 Sentyabr , 2024 14:28
Azərbaycanda emissiyaları ətraf mühitə buraxan şirkətlər hesabat verəcəklər

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi iri çirkləndiricilərlə bağlı kadastrlar yaradacaq.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı gündəlik formalaşmağa başlanıb:

“Bu sahədə siyasəti məyyən edən qurum olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi normayaratma fəaliyyəti həyata keçirir. Əlbəttə dünyadakı templəri izləməklə yanaşı, həm də öz mili prioritetlərimizi müəyyən edirik. Hazırda ölkə olaraq milli prioritetlərimizdən biri iri çirkləndiricilərlə bağlı kadastrların yaradılmasıdır. Növbəti illərdə müəyyən yeniliklər tətbiq ediləcək. Hansı ki, həmin yeniliklərə əsasən emissiyaları ətraf mühitə buraxan şirkətlər hesabat təqdim etməli olacaqlar”.

O qeyd edib ki, beynəlxalq sorğulara əsasən, uzun müddət şirkət rəhbərləri öz prioritetlər sırasına ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri heç ilk 10-luqa daxil etmirdilər:

“Yalnız 2015-ci ildən sonra, keçirilən sorğulara əsasən, böyük şirkət rəhbərləri öz prioritetlərinə ətraf mühitin mühafizəsini və qorunmasını ilk 10-luğa daxil etməyə başlayıblar. Bunun isə əsas səbəbi 2015-ci ildə Paris İqlim sazişinin imzalanmasıdır. Dünya miqyasında ən üst səvviyyədə həyəcan siqnalının çalınması olub.
Aparılan tədqiqatlara görə, ofis daxilində istifadə olunan avadanlıqların "Ecofriendly" rejimində istifadə olunması elektrik enerjisi istehlakına 23 %-ə qədər qənaət etməyə imkan verir. Bundan başqa, əgər əməkdaşlar ofisi tərk edəndə komputeri söndürsə, qənaət edilən enerji ilə "Empire State" binasını 30 il işıqlandrmaq mümükündür. Bundan başqa, komputerlərin söndürülməsi ümumi elektrik enerjisinə 9 %-ə qədər qənaətə imkan verə bilər”.

Son xəbərlər

Orphus sistemi