Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 % artıb
Biznes
- 20 aprel, 2026
- 13:12
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların sayı 783, ümumi məbləği isə 407,1 milyon manat təşkil edib.
"Report" Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1 % və 13,9 % çoxdur.
"2 ay ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
10:17
"AzInTelecom" tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
İKT10:15
UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlayır
Futbol10:11
ABİF indiyə qədər verdiyi dövlət zəmanətinin məbləğini açıqlayıb
Biznes10:04
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
İnfrastruktur10:01
Foto
İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb
Fərdi09:55
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Maliyyə09:52
UEFA Avropa Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Futbol09:51
Foto
"AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18 % artıb
Sənaye09:48