Azərbaycanda daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
10 Aprel , 2023 15:48
Azərbaycanda daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 91-ə çatıb.

“Startap” şəhadətnamələri "Blink-Bİ" MMC-nin “Blink Business İntelligence” Müəssisə Resurslarının Planlaşdırılması üzrə proqram təminatı, "ND Opinions” MMC-nin “Autoreport” 2-ci əl avtomobillər üçün məlumat bazası, “Frisaga” MMC-nin turizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforması, "BlackOne" MMC-nin məhsul və xidmətlər üçün onlayn platforması və "BJ Technology" MMC-nin laboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi