Azərbaycana daha iki ölkədən dəmir və polad məftil idxalına başlanılıb

Biznes
  • 14 mart, 2023
  • 09:05
Azərbaycana daha iki ölkədən dəmir və polad məftil idxalına başlanılıb

2022-ci il ərzində Azərbaycana 18 milyon ABŞ dolları dəyərində 16 min 485 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 2 % çoxdur.

Hesabat dövründə Azərbaycana İrandan 8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 8 min 235 ton (+36,4 %), Türkiyədən 5 milyon ABŞ dolları dəyərində (+12 %) 3 min 902 ton (+3,3 %), Rusiyadan 4,21 milyon ABŞ dolları dəyərində (-21 %) 3 min 751 ton (-35 %), Çexiyadan 355 min ABŞ dolları dəyərində (+34 %) 223 ton (+7,7 %), Çindən 330 min ABŞ dolları dəyərində (+46 %) 271 ton (+38 %) məmulat gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (52 min ABŞ dolları dəyərində 39,5 ton) və Tayvandan (Çinin əyaləti) (19,51 min ABŞ dolları dəyərində 26 ton) dəmirdən və ya aşqarlanmamış poladdan məftil tədarükü həyata keçirilib.