Azərbaycan yenidən Polşaya avtomobil ixrac etməyə başlayıb
- 25 may, 2023
- 06:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 21,9 milyon ABŞ dolları dəyərində 280 ədəd minik avtomobili (benzin, dizel, hibrid və tam elektrik mühərrikli) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 dəfə, kəmiyyət olaraq – 40 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Qazaxıstana 13,3 milyon ABŞ dolları dəyərində 184 ədəd (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 dəfə çoxdur) 36 ədəd (+36 dəfə), Gürcüstana 2,5 milyon ABŞ dolları dəyərində (+95 dəfə) 25 ədəd (+25 dəfə), Qırğızıstana 1,5 milyon ABŞ dolları dəyərində 17 ədəd (bir il əvvəl tədarük olmayıb), Polşaya 0,9 milyon ABŞ dolları dəyərində 10 ədəd avtomobil satıb.
İki il 9 aylıq fasilənin ardından Azərbaycandan Polşaya avtomobil ixracı bərpa edilib.