Azərbaycan Yeni Zelandiyadan ördək əti idxalını bərpa edib
- 07 fevral, 2025
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 188 min ABŞ dolları dəyərində 47 ton ördək əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 121 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 28 ton (-28 %), Macarıstandan 38 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 10 ton (+4 dəfə), İrlandiyadan 14,4 min ABŞ dolları dəyərində 3,5 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 12,6 min ABŞ dolları dəyərində 4,6 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstandan 0,7 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 8 il 6 aylıq fasilənin ardından Yeni Zelandiyadan tədarükü (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.