Azərbaycan Yaponiyadan ətir idxalını bərpa edib

Biznes
  • 19 aprel, 2023
  • 09:57
Azərbaycan Yaponiyadan ətir idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 5,462 milyon ABŞ dolları dəyərində 351,1 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,6 %, kəmiyyət olaraq – 37 % çoxdur.

Hesabat dövründə Azərbaycan Fransadan 1,76 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azdır) 19,4 ton (-31 %), Birləşmiş Ərəb Əmirliklərindən 680 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 72,2 ton (+3 dəfə), İspaniyadan 596,3 min ABŞ dolları dəyərində (+5 dəfə) 8,6 ton (+4 dəfə), Çindən 569 min ABŞ dolları dəyərində (+53 %) 146,2 ton (+11 %), İtaliyadan 409 min ABŞ dolları dəyərində (-13 %) 6,32 ton (-29 %) məhsul alıb.

Beş il 10 aylıq fasilənin ardından Yaponiyadan (3,2 min ABŞ dolları dəyərində 0,02 ton) ətir və tualet suyu tədarükü bərpa edilib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın (28 ölkədən) idxal etdiyi 26,512 milyon ABŞ dolları dəyərində ətir və tualet suyunun 40 %-i Fransanın payına düşüb.