Azərbaycan Yaponiya və İraqa kişmiş tədarük etməyə başlayıb

Biznes
  • 20 avqust, 2022
  • 10:02
Azərbaycan Yaponiya və İraqa kişmiş tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 3,4 milyon ABŞ dolları dəyərində 1 min 672 ton qurudulmuş üzüm idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,5 %, kəmiyyət olaraq – 2,2 % çoxdur.

Özbəkistandan 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 1 min 478 ton (+2,2 dəfə), İrandan 174 min ABŞ dolları dəyərində (-81,8 %) 277,8 ton (-81,7 %), Türkiyədən 37 min ABŞ dolları dəyərində (-17 %) 19,22 ton (-7,3 %), Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (+12,5 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 0,5 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) qurudulmuş üzüm göndərilib.

İraqa 0,3 min ABŞ dolları dəyərində 0,1 ton və Yaponiyaya 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq hər iki ölkəyə tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti