Azərbaycanın Yaponiyaya ixrac imkanları müzakirə olunub

Azərbaycanın Yaponiyaya ixrac imkanları müzakirə olunub İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində "İxrac bələdçisi" hazırlayıb.
Biznes
10 İyul , 2024 14:59
Azərbaycanın Yaponiyaya ixrac imkanları müzakirə olunub

Azərbaycanın Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.

“Report” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələri Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sanon və AZPROMO nümayəndələri aparıb.

Görüşdə qeyd edilib ki, bu ilin martında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində agentlik Yaponiya üzrə "İxrac bələdçisi"nin hazırlandığını da qarşı tərəfin diqqətinə çatdırıb.

Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi