İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən, avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd edilib.
Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
"General Motors" (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, "UNO MİNDA" (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), "Uzavtosanoat" SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.