Azərbaycan Vyetnamdan günəş eynəklərinin tədarükünü bərpa edib

Biznes
  • 01 iyun, 2024
  • 05:35
Azərbaycan Vyetnamdan günəş eynəklərinin tədarükünü bərpa edib

Bu ilin ilk 3 ayında 1,18 milyon ABŞ dolları dəyərində 508 min 591 ədəd günəş eynəyi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 826 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 498 min 698 ədəd (-8 %), İtaliyadan 220 min ABŞ dolları dəyərində (-47 %) 2 min 66 ədəd (-42 %), Yaponiyadan 51 min ABŞ dolları dəyərində (+38 %) 238 ədəd (+45 %), Türkiyədən 45 min ABŞ dolları dəyərində (+29 dəfə) 4 min 125 ədəd (+2,2 dəfə), Fransadan 23 min ABŞ dolları dəyərində (+7 dəfə) 83 ədəd (+10 dəfə) məhsul alıb.

Azərbaycan 5 ilin tamamında Vyetnamdan (0,21 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.