Azərbaycan Vyetnamdan çilçıraq idxal etməyə başlayıb
- 15 yanvar, 2025
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 27,3 milyon ABŞ dolları dəyərində 3 371 ton çilçıraq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,1 % çox, kəmiyyət olaraq – 21 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 15,93 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % azdır) 2 958 ton (-24 %), Türkiyədən 6,3 milyon ABŞ dolları dəyərində (+42 %) 285 ton (+42 %), İtaliyadan 1,94 milyon ABŞ dolları dəyərində (-5 %) 50 ton (-37 %), Almaniyadan 606 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 5,11 ton (+2,4 dəfə), İspaniyadan 533 min ABŞ dolları dəyərində (-8 %) 7,82 ton (+14 %) çilçıraq alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.