Azərbaycan Vyetnam və Şri-Lankadan kokos idxalını kəskin artırıb
- 05 iyun, 2024
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 342 min ABŞ dolları dəyərində 172 ton hind qozu (kokos (qurudulmuş), daxili qişalı, digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 54 % çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 116,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 64,2 ton (-18 %), Vyetnamdan 84 min ABŞ dolları dəyərində (+10 dəfə) 46 ton (+12 dəfə), Şri-Lankadan 55,3 min ABŞ dolları dəyərində (+8 dəfə) 26 ton (+10 dəfə), Kot-divuardan 48,5 min ABŞ dolları dəyərində (+23,4 %) 24,2 ton (+26,3 %), Hindistandan 21 min ABŞ dolları dəyərində 6,4 ton (bir il əvvəl tədarük olmayıb) hind qozu alıb.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 538 ton kokosun 50 %-i İndoneziyanın payına düşüb.