Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 34 %-dən çox azaldıb
- 16 dekabr, 2023
- 09:45
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 780 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 411 mənzil və ya 34,5 % azdır.
Təkcə noyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 65 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 74 mənzil və ya 53,2 % azdır.
Bu ilin 11 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 33 191, ötən ay isə 2 357 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 46,2 % və 2,6 dəfə azdır.
Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara yanvar-noyabrda 10 033, ötən ay isə 637 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 234, bu ilin 11 ayda isə 4 067 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə sentyabrda 90, 2023-cü ilin 11 ayında isə 1 823 mənzilə sahib olub.