Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.
Biznes
5 Sentyabr , 2024 17:51
Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, sənədlərə Azərbaycan-İtaliya dəyirmi masasında imza atılıb, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.

"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.

***

İqtisadiyyat Nazirliyi yaydığı məlumatda isə deyilıir ki, tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə İtaliya Sənaye Konfederasiyası (“Confindustria”), “Mətanət A” şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtex Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, “Saloğlu” şirkəti ilə İtaliyanın "Visionnaire - İPA" və "Biesse S.P.A” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Sənədlər yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.

Son xəbərlər

Orphus sistemi