İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.
Bu barədə "Report"a AZPROMO-dan məlumat verilib.
Məlumata görə, Fondun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Səfir isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Argentina ilə qarşılıqlı ixrac və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.