Azərbaycan Ukraynadan araq alışını kəskin artırıb

Biznes
  • 22 may, 2023
  • 11:44
Azərbaycan Ukraynadan araq alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 18,5 min dekalitr araq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 794,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 7,6 min dekalitr (+29,5 %), Ukraynadan 414 min ABŞ dolları dəyərində (+3 dəfə) 4,3 min dekalitr (+2,6 dəfə), Belarusdan 178,1 min ABŞ dolları dəyərində (-4 %) 2,8 min dekalitr (-13 %), Finlandiyadan 115 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,7 min dekalitr (+4,1 dəfə), Fransadan 103 min ABŞ dolları dəyərində (+5,2 %) 0,3 min dekalitr (+79 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 81,4 min dekalitr arağın 39 %-i Rusiyanın, 26,6 %-i Belarusun, 14,7 %-i Ukraynanın payına düşüb.

44 filmi