Azərbaycan üç ölkədən hindtoyuğu ətinin idxalını bərpa edib
- 13 mart, 2023
- 07:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana 2,8 milyon ABŞ dolları dəyərində 2 min 279 ton dondurulmuş hindtoyuğu əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 8,7 % çoxdur, kəmiyyət olaraq – 26 % azdır.
Hesabat dövründə Rusiyadan 817,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 299,3 ton (+2,2 dəfə), Portuqaliyadan 447,1 min ABŞ dolları dəyərində (+48 %) 353,2 ton (+42 %), Türkiyədən 408 min ABŞ dolları dəyərində (-72 %) 428 ton (-78 %), Braziliyadan 363,3 min ABŞ dolları dəyərində (+41,2 %) 403,5 ton (+63 %), Kanadadan 336,8 min ABŞ dolları dəyərində 476,8 ton məhsul gətirilib.
On il 10 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən (1,4 min ABŞ dolları dəyərində 0,2 ton), 3 il 8 aydan sonra Böyük Britaniyadan (43 min ABŞ dolları dəyərində 25,3 ton) və 1 il 4 aylıq fasilənin ardından Kanadan tədarük bərpa edilib.
2021-ci ildə Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 3,1 min ton dondurulmuş hindtoyuğu ətinin 63 %-i Türkiyənin payına düşüb.