Azərbaycan Türkiyəyə polipropilen ixracını 2 dəfədən çox artırıb

Biznes
  • 01 avqust, 2023
  • 09:00
Azərbaycan Türkiyəyə polipropilen ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 57,235 milyon ABŞ dolları dəyərində 53 min 677 ton polipropilen göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,4 %, kəmiyyət olaraq – 99,6 % çoxdur.

Azərbaycan Rusiyaya 29,311 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63,3 % çoxdur) 24 min 315 ton (+2,1 dəfə), Türkiyəyə 26,11 milyon ABŞ dolları dəyərində (+50,2 %) 27 min 653 ton (+2,3 dəfə), Gürcüstana 880 min ABŞ dolları dəyərində 945 ton (1 ildən sonra tədarük bərpa edilib), İrana 415,44 min ABŞ dolları dəyərində (+11 dəfə) 277,2 ton (+14 dəfə), Özbəkistana 270,71 min ABŞ dolları dəyərində 227 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 70 min 567 ton polipropilenin 51,8 %-i Rusiyanın, 39,8 %-i Türkiyənin payına düşüb.