Azərbaycan Türkiyəyə fındıq ixracını 18 dəfə artırıb
- 26 iyul, 2023
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 54,6 milyon ABŞ dolları dəyərində 11 min 80 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,6 %, kəmiyyət olaraq – 15,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 24,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 54 % çoxdur) 5 min 342 ton (+82 %), Almaniyaya 11,8 milyon ABŞ dolları dəyərində (+17 %) 2 min 107 ton (+32 %), İtaliyaya 8,3 milyon ABŞ dolları dəyərində (-65 %) 1 min 468 ton (-61 %), İsveçrəyə 2,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 420 ton (+4,2 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilmiş 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.