Azərbaycan Türkiyəyə ekskavator satışını bərpa edib

Biznes
  • 29 may, 2023
  • 05:59
Azərbaycan Türkiyəyə ekskavator satışını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 8,755 milyon ABŞ dolları dəyərində 82 ədəd ekskavator gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 43 % azdır.

Azərbaycan Çindən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 22 ədəd (-48 %), Koreyadan 1,81 milyon ABŞ dolları dəyərində (+34 %) 14 ədəd (+17 %), Türkiyədən 1,54 milyon ABŞ dolları dəyərində (-57 %) 21 ədəd (-47 %), Hindistandan 1,34 milyon ABŞ dolları dəyərində (-1,5 %) 15 ədəd (-25 %), Yaponiyadan 460,63 min ABŞ dolları dəyərində 5 ədəd ekskavator alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 2,43 milyon ABŞ dolları dəyərində (+28 dəfə) 17 ədəd (+17 dəfə) ekskavator göndərilib.

Azərbaycan Gürcüstana 1,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 dəfə çoxdur) 11 ədəd (+11 dəfə), Türkiyəyə 375,12 min ABŞ dolları dəyərində 1 ədəd, Rusiyaya 190,5 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) və Ukraynaya 34,6 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) texnika satıb.

Bir il 6 aylıq fasilənin ardından Azərbaycandan Türkiyəyə ekskavator tədarükü bərpa edilib.

44 filmi