Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci açıqlayıb

Biznes
  • 08 iyun, 2024
  • 13:18
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 2,847 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 30,7 % azdır.

Təkcə may ayında Türkiyə Azərbaycana 508 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da, illik müqayisədə 34,3 % azdır.

5 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 13,8 % artaraq 1,197 milyard ABŞ dollarına, may ayında isə 11,7 % artaraq 261 milyon ABŞ dollarına çatıb.

44 filmi