Azərbaycan Türkiyədən tekstil məhsulu idxalına çəkdiyi xərci 9 % artırıb

Biznes
  • 06 dekabr, 2023
  • 15:33
Azərbaycan Türkiyədən tekstil məhsulu idxalına çəkdiyi xərci 9 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 46,246 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 4,331 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır.

11 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 7,9 % azalaraq 8,796 milyard ABŞ dolları, noyabr ayında isə 4,8 % azalaraq 0,802 milyard ABŞ dolları olub.

44 filmi