Azərbaycan Türkiyədən mis boru idxalını 50 dəfəyə yaxın artırıb
- 11 aprel, 2023
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 680 min ABŞ dolları dəyərində 73 ton mis boru və borucuq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 dəfə, kəmiyyət olaraq – 101 dəfə çoxdur.
Hesabat dövründə Özbəkistandan 527,2 min ABŞ dolları dəyərində 59,2 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 151,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 dəfə çoxdur) 13,8 ton (+48,3 dəfə), Kanadadan 1,1 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) və İtaliyadan 0,2 min ABŞ dolları dəyərində (-98,4 %) 0,01 ton (-97,7 %) boru gətirilib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 387 ton mis boru və borucuğun 82,4 %-i Özbəkistanın payına düşüb.