Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb

Biznes
  • 07 iyun, 2025
  • 16:54
Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 57,503 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 13,506 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,5 % azdır.

5 ayda Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,5 % azalaraq 3,231 milyard ABŞ dollarına, mayda isə 1,8 % azalaraq 723 milyon ABŞ dollarına düşüb.

44 filmi