Azərbaycan Türkiyədən keşyu fındığının tədarükünü bərpa edib
- 10 mart, 2023
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan xaricdən 2 milyon ABŞ dolları dəyərində 255,2 ton keşyu fındığı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Vyetnamdan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50,3 % çoxdur) 180 ton (+54 %), Hindistandan 586 min ABŞ dolları dəyərində (+86 %) 70 ton (+84 %), Braziliyadan 55,3 min ABŞ dolları dəyərində (+49 %) 5,7 ton (+27 %), Türkiyədən 2,4 min ABŞ dolları dəyərində 0,2 ton və Almaniyadan 0,6 min ABŞ dolları dəyərində (+71 %) 0,04 ton (+2 dəfə) məhsul gətirilib.
Yeddi il 9 aylıq fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycana idxal olunan (4 ölkədən) 159 ton keşyu fındığının 74 %-i Vyetnamın payına düşüb.