Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 13 % artırıb

Biznes
  • 20 mart, 2023
  • 08:08
Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 13 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 3,786 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 1,779 milyon ABŞ dollarlıq dəri və dəri məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 28,1 % azdır.

Bu ilin 2 ayında Türkiyənin ümumi dəri və dəri məhsulları ixracının dəyəri illik müqayisədə 13,1 % artaraq 350,762 milyon ABŞ dollarına, fevral ayında isə 2,9 % azalaraq 172,158 milyon ABŞ dollarına çatıb.

44 filmi