Azərbaycan Türkiyədən alüminium oksidinin idxalını kəskin artırıb

Biznes
  • 22 avqust, 2024
  • 13:47
Azərbaycan Türkiyədən alüminium oksidinin idxalını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 22,3 milyon ABŞ dolları dəyərində 46 min ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 14,7 milyon ABŞ dolları dəyərində 30 min 278 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 7,3 milyon ABŞ dolları dəyərində 15 min 553 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 174,2 min ABŞ dolları dəyərində 47 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 58,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 148,2 ton (+2,1 dəfə), Fransadan 26,3 min ABŞ dolları dəyərində (+63 %) 2,4 ton (+2 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 109 min ton alüminium oksidinin 26,4 %-i İndoneziyanın, 25,9 %-i Braziliyanın, 22,9 %-i Yamaykanın payına düşüb.

44 filmi